Valideynin məktəbdə bir günü

      Fevralın 22-də "Valideyinin məktəbdə bir günü" adlı layihə çərçivəsində görüş keçirildi. Akt zalından başlanan tədbirdə məktəbin direktoru A.Bayramova çıxış edərək valideynlərə  məktəbin tarixi haqqında məlumat verdi, onlara məktəbin fəaliyyəti, tədris prosesi haqqında danışdı. “Valideynin məktəbdə bir günü” layihəsi haqqında məlumat verən direktor bu layihənin davamlı xarakter daşıdığını söylədi.

     Sonra valideynlər qruplara bölünərək qrup rəhbərlərinin müşayəti ilə məktəbin kitabxanası, tibb otağı, yeməkxana, fənn kabinetləri, idman zalı, fənn labarotoriyaları, informatika kabinetləri ,”Sağlam təhsil” sinfi, hərbi otaq və psixoloji xidmət otağı ilə yaxından tanış oldular. Məktəbin foyesində istedadlı şagirdlərin əl işlərindən və rəsm əsərlərindən ibarət  sərgiyə baxdılar. Tədbirin proqramına uyğun olaraq valideynlər tədris prosesini izləmək üçün dərsləri müşahidə etdilər.

      Sonra məktəbin akt zalında valideynlər üçün seminar təşkil olundu. Seminarda Təlimə Dəstək Mərkəzinin nümayəndəsi Fəzail Məmmədov "Məktəb- şagird-valideyn  üçbucağı " mövzusunda çıxış etdi. Valideynləri təşəbbüskar və daha fəal olmağa səslədi, müəllim-şagird-valideyn birliyinin əhəmiyyəti haqqında tövsiyələr verdi. Valideynləri maraqlandıran suallar cavablandırıldı. 
     Sonda istedadı ilə seçilən şagirdlərin hazırladığı bədii hissə iştirakçılar tərəfindən alqışlarla qarşılandı. Sonda övladlarının təhsil aldğı məktəb mühiti ilə yaxından tanış olan, tədris prosesini izləyən valideynlər “Rəylər və təkliflər” kitabına fikirlərini yazdılar, təkliflərini irəli sürdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi