Ana dilim, doğma dilim!

      21 Fevral "Beynəlxalq Ana dili Günü" münasibəti ilə “Ana dilim, doğma dilim!” mövzusunda ibtidai sinif şagirdlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya keçirildi. Ədəbi-bədii kompozisiyada şagirdlər Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər saldılar, Azərbaycan dilinin tarixi mərhələləri, ulu babalarımızdan miras qalan ən qiymətli milli sərvətimiz olan ana dilimizin gözəlliyi, incəliyi haqqında məlumatlar verdilər. Şagirdlərin ifasında dilimizin gözəlliklərindən bəhs edən bədii qiraət nümunələri, ana dilinin müqəddəsliyini əks etdirən bayatılar, laylalar, dahilərin dilimiz haqqında söylədikləri müdrik kəlamlar söylədilər. Bədii əsərlərdən səhnələşdirilmiş nümunələr, rəqs nömrələri nümayiş etdirdilər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi