“Kiçik Akademiya”nın üzvləri maraqlı təqdimatlar etdilər

        Beş  ildir ki, məktəbimizdə “Kiçik Akademiya” fəaliyyət göstərir. Yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı akademiya  üzvləri vaxtaşırı olaraq bir-birindən maraqlı təqdimatlar edirlər.  Artıq bir neçə ildir ki, akademiyanın üzvləri “Sabahın alimləri” Respublika müsabiqəsində layihələri ilə iştirak edərək uğurlu nəticələrə imza atırlar. 

       BŞTİ-nin ümumi təhsil müəssisələrində “Kiçik Akademiya” ların fəaliyyətinin genişləndirilməsi ilə bağlı müvafiq əmrinə əsasən akademiyanın üzvləri elmi axtarışlarını daha da artıraraq nəzərdə tutulan tədbirlərin  planını hazırlayıb təqdim etdilər. Fevralın 20-də  isə zəngin təqdimatlarla çıxış etdilər. Akademiyanın üzvləri “Katalizatorun reaksiyaya təsiri”,”Palçıq vulkanları və onların əhəmiyyəti”,”Əllə necə maqnit düzəltmək olar?”,” Bal arılarının kompyuter proqramlarının iş prinsipi ilə əlaqəsi” mövzusunda təqdimatları maraqla qarşılandı. Şagirdlər təqdimatlarını müəllimlərin təlimatı ilə praktik işdə tətbiq edərək münsifləri heyrətləndirdilər.

      Sonda görülmüş işlər yekunlaşdırılıb təhlil edildi, müzakirələr aparıldı, məktəb rəhbərliyi və fənn müəllimlərindən ibarət münsiflər tərəfindən qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi