“Azərbaycan dili-milli varlığımızdır” adlı şeir müsabiqəsinin məktəb turu

         Fevralın 18-də Azərbaycan dilinin tarixi barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaq, nitq mədəniyyətini formalaşdırmaq və istedadlı şagirdləri aşkara çıxarıb rəğbətləndirmək məqsədi ilə keçirilən “Azərbaycan dili-milli varlığımızdır” adlı şeir müsabiqəsinin məktəb turu keçirildi.

        Müsabiqədə seçilmiş şeirin mövzuya uyğunluğu, məzmuna uyğun  jest və mimikalardan, səs tonundan, intonasiyadan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, səlisliyi, ifadəliliyi, düzgünlüyü və ifa üçün  ayrılmış vaxta riayət edilməsi meyarları əsas götürüldu.  Azərbaycan dili və ədəbiyyat müəllimlərindən ibarət münsiflər heyəti tərəfindən beş balla qiymətləndirilən şagirdlərimiz müsabiqənin II mərhələsinə vəsiqə qazandılar.

       Şagirdlərimizə müsabiqənin növbəti mərhələlərində uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi