Müharibə uşaqların gözü ilə

Xocalı faciəsinin 24-cü ildönümü münasibətilə məktəbimizdə fəaliyyət planına uyğun olaraq silsilə tədbirlər davam edir. Xocalı faciəsində yaşananları unutmamaq, gənc nəsilə tanıtmaq məqsədi ilə bütün siniflər üzrə Azərbaycan dili dərslərində “Müharibə uşaqların gözü ilə” mövzusunda inşa yazı müsabiqəsi keçirildi. İnformatika dərslərində isə şagirdlərimiz sosial şəbəkələrdə “Xocalıya ədalət ” kompaniyası çərçivəsində Xocalı Soyqırımını ictimaiyyətə çatdırılmaq məqsədilə yaradılmış səhifələrdə faciənin dəhşətini əks etdirən fotoları, məlumatları paylaşdılar.Məktəbin foyesində təşkil olunmuş "Xocalı yaddaşlarda və rəsm əsərlərində" sərgisinin önündən həyacansız keçmək olmurdu. Şagirlər Xocalı faciəsini, onun yaratdığı pislikləri, doğurduğu rezonansı quaş, sulu boya, karandaş,tuş və s. materiallardan məharətlə istifadə edərək ağ kağız üzərində faciənin real görüntülərini yaratmışdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi