Pedaqoji Şura iclası keçirildi

       Fevralın 16 – də Pedaqoji Şura iclası keçirildi. İclasda məktəb rəhbərliyinin gündəlikdə qarşıya qoyulmuş məsələlər- “2018-2019 cu dərs ilinin I yarımilinin nəticələri, II yarımildə qarşıda duran vəzifələr “,“I yarımildə keçirilən fənn aylıqlarının ( ingilis dili, riyaziyyat- informatika, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə ) hesabatı ”,”I yarımildə müəllimlərin işə və şagirdlərin dərsə davamiyyətinin nəticələrinin müzakirəsi” ,”Məktəb üzrə psixoloji xidmətin təşkili vəziyyətinin müzakirəsi”,“Məktəb inventarlarının qorunmasının monitorinqinin nəticələri”, “I yarımildə keçirilmiş tədbirlərin müzakirəsi” ,“Sinif rəhbərlərinin iş fəaliyyəti” haqqında hesabatlar və çıxışlar pedaqoji şuraya təqdim olundu və bu məsələlər ətrafında müzakirələr aparıldı. Cari məsələlərlə bağlı müzakirə və çıxışlarda 2018 – 2019 – cu tədris ilinin I yarımilində görülmüş işlərə münasibət bildirildi, II yarımildə qarşıda duran məsələlər müəyyənləşdirildi.

    Sonda Bakının 12 inzibati rayonunu əhatə edən müsabiqənin nəticələrinə görə, Binəqədi rayonu üzrə 246nömrəli məktəb liseyin “Ən yaxşı məktəb saytı” müsabiqəsində qalibiyəti pedaqoi heyət tərəfindən alqışla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi