Xocalı faciəsi şahidin dilindən !

23.02.2016-cı il tarixdə məktəbimizdə “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin əməkdaşı Səadət Abbasova və faciənin canlı şahidi Bəhram müəllimin şagirdlərlə görüşü keçirildi. Əvvəlcə facıə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Sonra məktəbin direktoru A.F.Bayramova XX əsrin sonlarında erməni yağılarının törətdikləri misligörünməmiş vəhşiliklərin acı nəticəsi olan Xocalı soyqırımı barədə geniş və əhatəli çıxış etdi. Tədbirdə iştirak edən “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin əməkdaşı Səadət Abbasova birliyin fəaliyyəti barədə qısa məlumat verdi. Vurğuladı ki, ötən 8 il müddətində bu təşkilatın xətti ilə Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində geniş tədbirlər , uğurlu layihələr həyata keçirilib, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırıma obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır. Xocalı qaçqını, facıənin canlı şahidi Bəhram müəllim XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının insanlığa qarşı bəşəri cinayət olduğunu bildirdi,şahidi olduğu həmin gecənin kədər və niskil dolu acılarını böyük ürək ağrısı ilə iştirakçılara çatdırdı. Tariximizin soyqırım səhifəsi olan Xocalı faciəsinin tarixi həqiqətlərini olduğu kimi öyrənmək istəyən şagirdlərin suallarını faciənin canlı şahidi ətraflı cavablandırdı. Sonda məktəbin direktoru A.F.Bayrmova Azərbaycan xalqının tarix boyu erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmasını, öz tarixi topraqlarından qovularaq qaçqına və məcburi köçkünə çevrilməsini və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmasını gənc nəsillərə çatdırdıqları üçün qonaqlara məktəb kollektivı adindan təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi