Şagirdlərimiz “Qiraətçi” verilişində

        Qiraətə, mütaliəyə diqqət ümumi təhsilin əsas piroritet istiqamətidir. Bu baxımdan Təhsil TV - nin layihəsi əsasında ARB Günəş TV kanalında yayımlanan “Qiraətçi” verilişi çox diqqətəlayiqdir. Məktəbimizin 9-cu sinif şagirdləri də əməkdar müəllim G.Bayramova ilə birlikdə bu verilişin qonağı oldular.

       İlk olaraq əməkdar müəllim G.Bayramova mütaliənin şagirdlərin dönyagörüşünün formalaşmasında, söz ehtiyatının zənginləşməsindəki rolundan və məktəbdə bu sahədə görülən işlərdən danışdı. Azərbaycan yazıçısı, maarifçisi, şairi, materialist filosofu və ictimai xadimi, Azərbaycan dramaturgiyası və Azərbaycan ədəbiyyatında ədəbi tənqidin banisi Mirzə Fətəli Axundovun həyat və yaradıcılığına nəzər salındı, ömür yolundan və zəngin yaradıcılığından danışıldı. Sonra “Hacı Qara” əsərinin müzakirəsi şagirdlərin ixtiyarına verildi. Bu müzakirələrdə G.Bayramova ilə birgə əsərin mövzusu, ideyası, hadisələrin gedişatı ətraflı şəkildə tamaşaçılara çatdırıldı.


https://www.youtube.com/watch?v=8LYy8r38Y7A&feature=youtu.be

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi