"Dilimiz varlığımızdır"

21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş aylıq çərçivəsində məktəbimizdə "Ana dilim şirindir" devizi altında silsilə tədbirlər həyata keçirilib. Siniflərdə Azərbaycan dili və ədəbiyyat fənni üzrə "açıq dərs"lər dinlənilib. " Azərbaycan dilinin incəlikləri" mövzusunda dəyirmi masa təşkil olunub, rus bölməsinin bütün siniflərində "Ana dilimiz milli sərvətimizdir " mövzusunda söhbətlər aparılıb. Bundan əlavə, şagirdlər arasında 3 nominasiya - inşa yazı, bədii qiraət, divar qəzetləri, plakatlar və bukletlərin hazırlanması üzrə müsabiqə keçirilib. Aylığa fevralın 19-da məktəbimizdə keçirilən "Dilimiz varlığımızdır" adlı tədbirlə yekun vuruldu. Şagirdlərin,məktəb kollektivinin və valideyn icmasının iştirak etdiyi tədbir Azərbaycan himninin səslənməsi ilə başlandı. Tədbirdə şagirdlər qeyd etdilər ki, inkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir və böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan ən qiymətli milli sərvət olan ana dilimizı hər birimiz göz bəbəyi kimi qoruyub, daim qayğı ilə əhatə etməliyik. Tədbirdə aylıq çərçivəsində təşkil olunmuş müsabiqələrin nəticələri haqqında məlumat verildi, yaxşı hesab edilən bədii qiraət nümunələri səsləndi, inşa yazı oxundu , ana dilinin müqəddəsliyini əks etdirən mahnılar ifa edildi,dahilərin dilimiz haqqında söylədikləri müdrik kəlamlarından nümunələr söylənildi. Tədbir iştirakçıları şagirdlər tərəfindən hazırlanmış video çarx vasitəsilə doğma yurdumuza, onun əsrarəngiz gözəlliyinə, görməli yerlərinə, muzey və tarixi abidələrinə ,“Ana dili abidəsi”nə qiyabi səyahət edilər.Sonda məktəbin direktoru A.F.Bayramova tədbirə ulu öndərin sözləri ilə “ Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı nəinki öz ana dilində təmiz danışmalı, həm də onu möhkəm bilməli və qorumalıdır” yekun vuraraq, öz ana dilimizin saflığını qorumaq və onu dərindən öyrənmək hər bir azərbaycanlı gəncin vətəndaşlıq borcu olduğunu qeyd etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi