“Azərbaycan tarixi dərsləri vətəndaşlıq dərsləridir”

Məktəbimizdə “Azərbaycan tarixi dərsləri vətəndaşlıq dərsləridir” mövzusunda tarix müəllimləri, məktəb rəhbərliyi və IX-X-XI sinif şagirdləri ilə birgə dəyirmi masa keçirildi.Dəyirmi masada şagirdlərin layiqli vətəndaş kimi yetişməsində Azərbaycan tarixinin dərindən öyrənilməsinin vacibliyi vurğulandı, Azərbaycan tarixində qürurverici, eyni zamanda örnək götürüləcək məqamlardan, qəhrəmanlıq salnamələrindən danışıldı.Zaman-zaman başımıza gətirilən faciələrdən, parçalanmış torpaqlarımızdan, bu gün də 20 faizədək torpağımızın mənfur düşmənlərimizin əsarətində olduğu xüsusi vurğulandı. Xalqımızın qəhrəmanlıq salnaməsindən bəhs edən videoroliklər, tarixi filmlərimizdən kadrlar göstərildi. Dəyirmi masada şagirdlər sərbəst fikirlər yürütdülər, mövzu ilə bağlı ətraflı məlumatlar verdilər. Tarix müəllimləri öz çıxışlarında vurğuladılar ki, keçmişdə baş verən hadisələrin öyrənilməsi kifayət deyil, həmin hadisələrin müasir dövrdə hansı nəticələr verdiyini görmək vacib amillərdəndir. Dəyirmi masada iştirak edən məktəbin direktoru A.F.Bayramova söylədi ki, hər dərs qurularkən onun əsasını vətənpərvərlik tərbiyəsi təşkil etməlidir. Dərsdə təkcə şagirdlər yeni biliklər almırlar, onlar həm də tərbiyələndirilirlər. Şagirdin şəxsiyyət kimi formalaşması vətənpərvərlik, humanizm, insanpərvərlik və bir çox əxlaqi dəyərlər üzərində qurulmalıdır. Şagirdlərimiz əsil vətəndaş, sədaqətli dost, yaxşı yoldaş olmağı öyrənməlidirlər.Debat şagirdlər tərəfindən çox maraqla qarşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi