Miniatür Kitab Muzeyinə ekskursiya

         Kitabxanaçıların təşkilatçılığı ilə aşağı sinif şagirdləri  Zərifə Salahovanın kolleksiyası əsasında  dünyada ilk olaraq İçərişəhərdə yaradılmış Miniatür Kitab Muzeyində oldular. Muzeyin əməkdaşları şagirdləri xoş qarşıladılar, söylədilər ki, hələ qədim zamanlarda Şərqdə və Qərbdə kiçik formatlı kitabı miniatür kitab adlandırılırdı, çünki o, sənət əşyası – nəfis əlyazma, poliqrafiya, təsviri sənət nümunəsi sayılırdı. Bununla yanaşı, həmin kitablar həm də bilik mənbəyi idi. Sonra muzeydə toplanmış nadir kolleksiya ilə şagirdləri tanış etdilər. Dünyanın bir çox ölkəsində çap olunan, olduqca rəngarəng kitablar şagirdləri heyrətləndirdi. Onların ölçüsü 2 millimetrdən 10 millimetrə qədər idi. Kolleksiyadakı ən kiçik kitab Yaponiyada çap edilən2 × 2 mm formatında 3 mikrokitab şagirdlərin böyük marağına səbəb oldu. Muzeydən xoş təəssüratla ayrılan şagirdlər İçərişəhəri gəzdilər. Bakının keçmişinə nəzər salıb, onu müasir şəhərlə müqayisə etdilər və paytaxtımızın necə inkişaf etdiyini gördülər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi