Birincilər məktəb kitabxanasına üzv yazıldılar

           Artıq yenicə oxumağa başlayan birincilər məktəb kitabxanasına üzv yazıldılar. İlk öncə balacalar məktəb kitabxanası ilə tanış oldular. Sonra kitabxanaçılar kitabxanadan istifadə qaydaları, kitablarla rəftar, səliqəli saxlamaq haqqında ətraflı məlumat verdilər. Kitabxana fondunda kiçik məktəblilər üçün nəzərdə tutulmuş kitablarla tanış etdilər. Kitabxanaçılar birincilərin maraq dairəsini, yaş xüsusiyyətlərini əsas götürərək sadə, aydın dillə yazılmış nağıllar, kiçik şeirlər, hekayələr, illüstrasiyalı olan kitabları balacalara təqdim etdilər.

        Birincilərin kitabxanaya üzv yazılmalarının xoş təəssuratı üzlərindəki təbəssümdən aydın görünürdü. Uşaqlar kitabxanada olarkən kitabların onların həyatında necə müsbət rol oynadığını və kitablardan çoxlu biliklər əldə edə biləcəklərini bir daha anladılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi