İdrak proseslərinin korreksiyası

       Təhsilalanların idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını təmin etmək, onların psixoloji baxımdan gələcəyin əsl vətəndaşı kimi hazırlamaq ümumi təhsilin əsas prioritet fəaliyyət istiqamətidir. Şagirdin psixi inkişafı təlimin həm nəticəsi, həm də başlıca şərtidir. İnkişafetdirici təlim şagirdlərin əqli inkişafında xüsusi əhəmiyyət daşıyır və onun şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Bu gün yetişməkdə olan gənc nəslin tərbiyəsini düzgün istiqamətləndirmək üçün şagirdlərdə idrak proseslərinin və şəxsi-emosional sferasının öyrənilməsi istiqamətində diaqnostika və korreksiya işlərinin aparılması daim diqqət mərkəzindədir. Bu məqsədlə ST siniflərində məktəb psixoloqu S.İsmayılova tərəfindən idrak proseslərinin diaqnostikası və korreksiyası aparıldı. Balacalar onlarla aparılan korreksiyaedici oyunları maraqla qarşıladılr. Bir-birindən maraqlı uşaqların yaşına uyğun oyunlar diqqətin,

hafizənin, təfəkkürün, qavrayışın, nitqin inkişaf etdirilməsi və psixodiaqnostikası məqsədi ilə qurulmuşdur.

         Diaqnostikanın nəticələri sinif müəllimləri ilə interpretasiya olundu və birgə fəaliyyət istiqaməti müəyyənləşdirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi