Texnologiya dərsləri dinlənildi

         Məktəbdə fənlərin tədrisi vəziyyətinin öyrənilməsi qrafikinə əsasən yanvar ayında başlanmış Musiqi,Texnologiya, Təsviri incəsənət, Fiziki tərbiyə fənləri üzrə şagird nailiyyətlərinin izlənilməsi məqsədilə dərsdinləmələr davam edir.  Növbəti dərsdinləmələr texnologiya dərslərində aparıldı. Fənn müəllimləri təlim nəticələrini reallaşdırmaq məqsədilə düzgün metod və üsullar seçərək, maraqlı resurslardan istifadə etdilər. Dərslərin motivasiyası, tədqiqat suallarının məqsədəuyğunluğu, zəngin və rəngarəng idi. Dərsin tətbiqetmə mərhələsində şagirdlər qrup şəklində çalışaraq maraqlı təqdimatlar etdilər.

       Məktəb rəhbərliyi və fənn müəllimlərinin iştirakı ilə dinlənilən dərslər müzakirə olundu və qabaqcıl təcrübələrin yayılması, fənnin tədrisi keyfiyyətinin artırılması, müəllim peşəkarlığının öyrənilməsi baxımından nümunə dərslərin əhəmiyyəti vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi