Həmrəyliyimiz gücümüzdür!

           Dekabrın 28-də dördüncü sinif şagirdlərinin iştirakı ilə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə bayram tədbiri keçirildi.

Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəylik gününün tarixi və əhəmiyyəti barədə geniş məlumat verildi, videoçarx nümayiş olundu. Sonra şagirdlər Vətənə, həmrəyliyə və Yeni ilə aid şeirlər söylədilər, ədəbi-bədii kompozisiyalarla çıxış etdilər.

      Tədbirin sonunda məktəbin direktoru A.Bayramova tədbir iştirakçılarını “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü” münasibətilə təbrik etdi, Həmrəylik gününün dünyada yaşayan soydaşlarımız arasında birlik və həmrəylik yaratmaq baxımından mühüm rol oynadığını diqqətə çatdırdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi