Şagirdlərimiz ADPU-nun qonağı oldular

          Dekabrın 29-da riyaziyyat aylığı çərçivəsində yuxarı sinif şagirdləri fənn müəllimlərinin rəhbərliyi ilə Azərbaycan Dövlət Pedoqoji Unversitetinin "Riyaziyyat və informatika" fakültəsinin qonağı oldular. Universitetin professor- müəllim heyəti şagirdləri gözəl qarşıladılar. Riyaziyyat elmləri doktoru, professor Maqsud Nəcəfov şagirlərə institutun yaranma tarixi, əsas fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verdi.

        Azərbaycanda müəllim kadrlarının yetişdirilməsində universitetin rolundan və bu məqsədlə həyata keçirilən məqsədyönlü işlərdən geniş söhbət açdı. Savadlı, vətənpərvər mütəxəssislərin yetişməsində universitetin əməkdaşlarının rolunu xüsusi vurğuladı. Daha sonra şagirdlər tədris otaqları ilə yaxından tanış oldular, universitet haqqında geniş məlumatlar əldə etdilər. Şagirdlərin universitet ilə yaxından tanışlığı, professor-müəllim heyəti ilə görüşü, onları maraqlandıran suallara aldıqları cavablar şagirdlərdə xoş təəssürat yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi