İdmançı şagirdlərimiz həmrəy olub bacarıqlarını nümayiş etdirdilər

         İdmanın müxtəlif növləri ilə məşğul olan şagirdlərimiz bizi qazandıqları uğurlarla həmişə sevindirirlər. Onlar bəziləri dərs əlaçısı olmaqla yanaşı, eyni zamanda həm də dərsdənkənar vaxtlarda idmanın müxtəlif növləri ilə məşğul olurlar, uğurlara imza atırlar. Xüsusi qabiliyyəti ilə fərqlənən şagirdlərin aşkara çıxarılması, onların istedadının inkişaf etdirilməsi üçün məktəbdə hərtərəfli şərait yaradılır, idman dərslərinin yüksək səviyyədə keçirilməsi diqqət mərkəzində saxlanılır, müxtəlif yarışlarda uğurlu iştirakları təmin edilir.

          Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə idmanın müxtəlif növləri ilə məşğul olan şagirdlərimiz həmrəy olub öz bacarıqlarını hazırladıqları bayram tədbirində nümayiş etdirdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başladı. Sonra bir çox yarışların qalibi kimi tanıdığımız şagirdlər musiqi sədalarının müşayiəti ilə bacarıqlarını nümayiş etdirdilər. Gimnastika, taekvando, akrobatika, güləş, bir-birindən maraqlı estafetlər, basketbol, volleybol, futbol, şahmat oyunları maraqla qarşılandı. Oyunlar arası fasilədə şagirdlərimizin ifa etdikləri rəqslər, musiqi alətində ifalar iştirakçılarda xoş təəssürat yaratdı, idmançılarda fiziki yorğunluğu aradan qaldırdı.

         Biz də kollektiv olaraq idmançı şagirdlərimizə idman kareyeralarını davam etdirmək, beynəlxalq yarışlara vəsiqə alaraq  Azərbaycan himninin sədaları altında bayrağımızı dalğalandırmağı arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi