Dərslik müəlliflərindən 8-ci sinif şagirdimizə gələn məktub

“Əgər özünə inam varsa, öz üzərində çalışırsansa, sistemli şəkildə oxuyursansa mütləq istədiyinə nail olacaqsan” söyləyən 8-ci sinif şagirdi Əbdürrəhmanova Əzizə təhsildə uğurlarına görə həmişə fərqlənən şagirdlərimizdəndir. Məktəbdaxili keçirilən fənn ,intelektual yarışlarda daim uğur qazanan, dərslərindən həmişə yüksək qiymət alan Əzizə bu gün bir başqa uğuruna görə sevinirdi.Aylar öncə göndərdiyi məktuba bu gün səmimi cavab almışdı.8-ci sinif riyaziyyat dərsliyində texniki səbəblərdən məsələlərin cavabındakı rəqəm səhvləri Əzizənin gözündən yayınmır və bu səhvləri kitab müəlliflərinə sistemləşdirərək məktub şəklində göndərir.Bu gün müəlliflər tərəfindən “Kenquru” olimpiada məsələləri kitabi və riyaziyyat elminin daha dərindən öyrənmək üçün tövsiyyələrlə dolu aldığı məktub Əzizəni daha da ruhlandırdı və bir daha əmin oldu ki,dəqiq hədəfi olan hər bir insan istəyinə nail olur.Məktub müəllifinin xahişini nəzərə alan Əzizə məktubdakı tövsiyyələri yoldaşları ilə bölüşmək istədi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi