”Qüdrətli, zəngin Azərbaycan İlham Əliyev siyasətinin təməl prinsipidir“

12.02.2015--ci il tarixində məktəbimizdə keçirilən dəyirmi masada tarix müəllimi N.İmamverdiyev VII-IX sinif şagirdləri ilə ”Qüdrətli, zəngin Azərbaycan İlham Əliyev siyasətinin təməl prinsipidir“ mövzusunda müzakirələr apardı. İlham Əliyevin dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət haqqında şagirdlər məruzə etdilər. Tarix müəllimləri Ü.Hüseynova ,C.Hüseynova İlham Əliyevin Azərbaycan xalqına xidmətindən, ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsində əvəzsiz rolundan danışdılar. Sonda məktəbin direktoru A.F.Bayramova çıxış edərək dövlətimizin təhsilə göstərdiyi qayğısından danışdı, belə dərslərin keçirilməsinin şagirdlərin milli mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına və yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət etdiyini xüsusi vurğuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi