İbtidai siniflərdə riyaziyyat dərsləri dinlənildi

     Riyaziyyat fənn aylığında şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə dərsdinləmələr davam edir. İbtidai siniflərdə dinlənilən dərslərdə şagirdlər yüksək təlim göstəriciləri nümayiş etdirdilər. Müəllimlər elektron lövhədən, İKT vasitələrindən istifadə edərək BİBÖ, klaster, beyin həmləsi, müzakirə iş üsulları vasitəsilə qrup, cüt, fərdi və kollektiv iş formasını tətbiq etdilər. Fəal dərslərdə təfəkkür prosesini işləməyə sövq edən və şagirdlərin idrak fəallığını artıran motivasiya qismində ortaya gətirilmiş problem və onun həlli düzgün quruldu. İnformasiya mübadiləsi mərhələsində şagirdlər tədqiqatın gedişində əldə etdikləri biliklərin mübadiləsini apararaq sistemləşdirdilər, müəyyən bir nəticəyə gələrək təqdimatlar etdilər.

     Məktəb rəhbərliyinin, fənn müəllimlərinin iştirakı ilə keçirilmiş dərslər təhlil olundu və müəyyən tövsiyələr verildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi