Şagirdlərimiz istedadlarını nümayiş etdirdilər

         Bu günün şagirdləri, sabahın alimi, həkimi, rəssamı, memarı, heykəltəraşı, bəstəkarı, şairi, hüquqşünası-bir sözlə dünyanın gələcək idarəçiləridirlər. Uşaqların sağlam, cəmiyyətə, millətə yararlı, savadlı, nümunəvi yetişməsi üçün onların düzgün istiqamətə yönəldilməsi ümumi təhsilin prioritet fəaliyyət istiqamətidir. Xüsusi qabiliyyət tələb olunan (incəsənət, musiqi, idman və s.) sahələrdə istedadı ilə fərqlənən uşaq və yeniyetmələrin aşkara çıxarılması, onların istedadının inkişaf etdirilməsinə hərtərəfli şəraitin yaradılması istiqamətində işlərin aparılması, uşaqların bacarıqlarının inkişaf etdirilməsi məktəbimizdə daim diqqət mərkəzindədir.

       Dekabrın 19-da xüsusi qabliyyəti ilə seçilən şagirdlərimiz öz fikir və təxəyyülündəki, düşüncələrindəki kiçicik bir parıltını göstərdilər, əl işlərini və rəsm əsərlərininin təqdimatını keçirdilər. Şagirdlər əl işlərinin hazırlanması zamanı istifadə etdikləri materiallar haqqında maraqlı məlumatlar verdilər. Təbii materiallardan - bitkilərdən, bitki toxumlarından, qumdan, gildən, balıqqulağından, muncuqdan, tullantılardan istifadə etməklə hazırlanan əl işləri cox maraqla qarşılandı. Çox təqdirəlayiq haldır ki, əl işlərində və rəsm əsərlərində vətənpərvərlik, yurd, torpaq sevgisi ön xəttə idi.

     Yekunda məktəbin direktoru A.Bayaramova şagirdlərə və uşaqların bacarıqlarını inkişaf etdirən bu kiçik parıltını cilalayan, onun işığını ətrafa yayan təcrübəli və yaradıcı müəllimlərə təşəkkürünü bildirdi. Fərqlənən şagirdlərin yaxın günlərdə diplomlarla təltif olunacağını söylədi.

     Məktəbimizdə tez-tez keçirilən belə təqdimatlar, bir-birindən gözəl, maraqlı rəsmlər və əl işlərindən ibarət sərgilər, rəsm müsabiqələri, qaliblərin diplomlar və fəxri fərmanlarla mükafatlandırılması uşaqların incəsənətə marağının artmasına, estetik zövqünün formalaşmasına və gələcək ixtisas seçiminə müsbət təsir göstərir.

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi