Yol hərəkəti qaydalarını öyrənirik və əməl edirik!

        Şagirdlərə yol hərəkəti qaydalarını öyrətmək, yarana biləcək təhlükəli və xoşagəlməz hallardan qorunmağın yollarını izah etmək məqsədi ilə məktəbimizdə mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir, sinif

təşkilat saatlarında məlumatlar verilir, uşaqların əl işlərindən ibarət rəsm sərgisi təşkil olunur.

      2f sinfində sinif təşkilat saatı “Yol hərəkəti qaydalarını öyrənirik!” mövzusuna həsr olundu. Şagirdlər yol hərəkəti qaydalarını sadaladılar, mövzuya uyğun mahnı oxudular, atalar sözləri, tapmacalar söylədilər. Sonda şagirdlər təqdim etdikləri kiçik səhnəciklə yol hərəkəti qaydalarını mükəmməl mənimsədiklərini nümayiş etdirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi