Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur!

          Dekabrın 11-də xalqımızın Ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu Öndər Heydər Əliyevin anım günü böyük ehtiram və hörmətlə yad edildi. Akt zalında yuxarı sinif şagirdləri və tarix müəllimlərinin iştirakı ilə “Ulu Öndər Heydər Əliyev Müstəqil Azərbaycanın qurucusudur!” mövzusunda seminar keçirildi. Seminarda tarix müəllimləri dünya şöhrətli siyasi xadim Heydər Əliyevin keçdiyi ömür yolundan danışaraq söylədilər ki, ötən əsrin 90-cı illərin əvvəllərində Azərbaycanda yaranmış ağır vəziyyət, siyasi özbaşınalıq, iqtisadi və sosial böhran, vətəndaş müharibəsi və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi yenə də müdrik və yenilməz şəxsiyyət Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkəmizə siyasi hakimiyyətə ikinci dəfə qayıdışı ilə aradan qaldırıldı, dövlət çevrilişlərinin qarşısı alındı və Azərbaycan dinamik inkişaf yoluna qədəm qoydu. Söyləndi ki, xalqımızı tarixin amansız keşməkeşlərindən uğurla keçirib yaşatmağı, inkişafa doğru istiqamətləndirməyi bacaran dövlət xadimi, uzaqgörən siyasətçi Heydər Əliyevin xidmətləri misilsizdir. Azərbaycan xalqı yaşadıqca onun əziz xatirəsi qəlblərdə yaşayacaqdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi