Pedaqoji Şura iclası keçirildi

       Dekabrın 7-də məktəb pedaqoji şurasının növbəti iclası oldu. İclasda pedaqoji heyət gündəlik məsələlərlə bağlı məruzələri dinlədi. Direktor müavinləri “II-XI siniflərdə KSQ-lərin aparılması vəziyyəti”,”Zəif oxuyan və xüsusi istedada malik şagirdlərlə işin təşkili vəziyyəti”, “Bilik və məntiq olimpiadasının nəticələri”, “İbtidai təhsil pilləsinin nəticələrinin V sinif təlim nəticələri ilə müqayisəli təhlili”,”Texniki, ictimai və təbiət fənn bölmələri üzrə tədrisin keyfiyyətinin izlənilməsi məqsədi ilə monitorinqlərin təşkili”,”IX sinif şagirdlərinin ümumu orta, XI sinif şagirdlərinin tam təhsil kursu üzrə buraxılış imtahanlarına hazırlıq səviyyəsinin öyrənilməsi”,”Şagirdlərlə vətənpərvərlik istiqamətində aparılmış işlər”, “Valideynlərlə keçirilən anonim anket sorğunun təhlili”, “Sinif jurnallarının icra vəziyyəti” haqqında hesabat çıxışlar oldu. İngilis dili fənn aylığının yekunu ilə bağlı metodbirləşmə sədri Z.Məmmədovanın hesabat məruzəsi dinlənildi.

      Məktəbin direktoru A.Bayramova ümumi orta təhsil kursu üzrə məktəbin əvvəlki illərin göstəricisi və qarşıda duran məsələləri geniş təhlil etdi, Azərbaycan müəllimlərinin 15-ci Qurultayının Qətnaməsi ilə pedaqoji heyəti tanış etdi. İclasda əməkdar müəllim adı alan Sevda Namazova da pedaqoji kollektiv tərəfindən təbrik edildi. İclasda müzakirə olunan məsələlər ətrafında çıxışlar oldu və müvafiq qərarlar qəbul edildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi