Ulu Öndər Heydər Əliyevin Azərbaycanda II dəfə siyasi hakimiyyətə qayıdışı

        Dekabrın 7-də yuxarı sinif şagirdləri ilə “Ümummilli Lider Heydər Əliyev və gənclik” mövzusunda “dəyirmi masa” keçirildi. İlk öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər dahi şəxsiyyətin dövlətçilik, azərbaycançılıq ideologiyalarının, həyat və fəaliyyətinin gənc nəslə ötürülməsi və təbliğ edilməsinin əhəmiyyətindən danışdılar, təqdimatlar etdilər.

       Tarix müəllimi C.Hüseynova  Azərbaycanın tarixi inkişaf prosesinə təkan verən Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi hər bir azərbaycanlının taleyində oynadığı müstəsna rolundan geniş və əhatəli şəkildə məruzə etdi.

       “Dəyirmi masa”da Ulu Öndərin keçdiyi tarixi yol haqqında videoçarx nümayiş etdirildi. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi