Məktəbimizdə silsilə açıq dərslər keçirilir

Şagirdlərin elmin əsaslarına yiyələnməsinin ən optimal yolu heç şübhəsiz ki, dərs prosesinin elmi-metodiki yanaşma, müəllim-şagird münasibətlərinin qarşılıqlı anlaşma şəraitində təşkil olunmasından keçir.Açıq dərslər keyfiyyətli təhsil şəraiti,şagirdlərin birgə əməkdaşlıq və məsuliyyət duyğularını inkişaf etdirir, müəllimlər arasında isə bilik və bacarıqların təkmilləşməsinə, təlim işində təcrübə mübadiləsinə, ən yaxşı dərs nümunələrinin yayılmasına, başqalarının qabaqcıl təcrübəsinin öyrənilməsinə kömək edir . Məhz bu səbəbdən məktəbimizdə silsilə şəklində hər gün dərs dinləmələri aparılır.”Ana dilimizi sevək ” aylığı çərçvəsində Azərbaycan dili və ədəbiyyat fənnindən hər siniflərdə dərs dinləmələri aparılır. .Yeni təlim texnologiyaları əsasında qurulan dərslər canlı ünsiyyət və şagirdlərin yüksək fəallığı şəraitində keçirilır. Açıq dərslər elmi-metodik prinsip və meyarlar əsasında məktəb rəhbərliyi və fənn müəllimləri ilə birgə təhlil olunurdu. Müzakirə zamanı bu məsəslələr ətraflı aydınlaşdırılır, şagirdlərin fundamental təhsili, şəxsiyyət kimi formalaşması məsələlərinə xüsusi diqqət yetirılirdı, müsbət cəhətlərlə yanaşı, çatışmazlıqların hər biri ayrılıqda qeyd edilirdı. ”Açıq dərs"lərdə valideynlərin iştirakı onların tədris prosesinə cəlb edilməsinə xidmət edirdi. Beləliklə, valideynlər yeni təlim metodları ilə tanış olur, həm də övladlarının bilik və bacarığını dərs mühitində müşahidə edirdilər.Sevinclə deyə bilərik ki, gündəlik açıq dərslər pedaqoji kollektivin təlim işinə, metodik həyatına yeni ab-hava, təravət gətirir, şagirdlərdə isə sosiallığı artırır ,bu da onların cəmiyyətə daha rahat inteqrasiyasına köməkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi