Məktəbimizdə pedaqoji şuranın növbəti iclası keçirildi.

O8 yanvar 2016-ci il tarixdə məktəbimizdə Pedaqoji Şuranın növbəti iclası keçirildi.İclasda 2015-2016-cı dərs ilinin I yarımil üçün məktəb rəhbərliyi tərəfindən aparılan BSQ-nın nəticələrinin yarımillik qiymətlərlə müqayisəli təhlili,fənlər üzrə zəif nəticə göstərən siniflərlə aparılan işlər,IX-XI siniflərdə aparılan yoxlamaların nəticələri, I yarımildə şagirdlərin fənn olimpiadalarında, fənn müsabiqələrində göstərdikləri nəticələr, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması sahəsində tədbirlər planının təsdiqi və görülmüş işlər haqqında hesabatlar dinlənildi. Günün aktual problem olan ”Müəllim-şagird münasibətləri” haqqında məktəbin psixoloqu S.İsmayılova məruzə etdi.İbtidai sinif müəllimi S.Namazova “Qabaqcıl iş təcrübəsinin yayılması” mövzusunda öz təcrübələrini bölüşdü. Təhsilin keyfiyyətinin dinamik inkişafına nail olmaq, məktəbdaxili nizam-intizam qaydalarının möhkəmləndirilmək, şagirdlərin dərsə davamiyyətinin daha da yaxşılaşdırılmağın həlli yollarından danışıldı. Valideyn iclasında söylənilən problemlərin həlli üçün Pedaqoji Şura üzvlərinin fikir və təklifləri əsasında qərarlar qəbul edildi. Sonda I yarmildə məktəbin ictimai həyatında xüsusi fəaliyyəti ilə fərqlənən müəllimlərə məktəb rəhbərliyi tərəfindən təşəkkür elan edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi