Qonaqpərəstlik

      Dekabrın 5– də “Təhsildə keyfiyyət ili” ilə bağlı kitabxana xətti ilə keçirilən “Mütaliə aylığı”nda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı ədib, professor Mir Cəlal Paşayevin “Qonaqpərəst”  hekayəsinin müzakirəsi keçirildi. 8 a sinifinin təqdimatında keçirilən əsər müzakirəsində ilk olaraq görkəmli yazıçının həyat və yaradıcılığına nəzər salındı, ömür yolundan və zəngin yaradıcılığından bəhs edən videoçarx  nümayiş edildi.  Söylənildi ki, Mir Cəlal Paşayevin yaradıcılığında həmişə insana məhəbbət, onu xoşbəxt görmək, onun ləyaqətini yüksək qiymətləndirmək meyli bir qırmızı xətt kimi keçib.

   Sonra  şagirdlər “Qonaqpərəst” hekayəsində obrazları əməllərinə görə fəallıqla səciyyələndirdilər, ən qədimlərdən başlayaraq qonaqpərəstliyin xalqımıza nə qədər zərərlər vurduğundan danışdılar. Həkimlə Nəsib kişinin dialoqunu canlandıran şagirdlər əsərin ideyasını məharətlə çatdırdılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi