Gənc fiziklərin yaradıcılıq müsabiqəsinin məktəbdaxili seçim turu keçirildi

Bakı şəhər məktəblilərinin fizika fənninə olan marağının artırılması, onların bu sahədə bilik səviyyəsinin yüksəldilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə Bakı şəhəri ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin VIII-X sinif şagirdləri arasında keçiriləcək “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin məktəbdaxili seçim turu keçirildi. Fizika kabinetində təşkil olunmuş seçim turunda VIII-X sinif şagirdləri siniflər üzrə hazırlanmış testləri cavablandırdılar. Test tapşırıqları fizika metodbirləşmə rəhbəri tərəfindən yoxlanılıb müəyyən edilmiş meyarlar əsasında qiymətləndirildi. Tapşırıqların nəticələrinə əsasən, Taleh Məhərrəmli-VIII s, Məhərrəmli Nəzrin-IX s, Qurbanov Zəka-X s “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”ndə iştirak etmək şansı qazandılar. Şagirdlərimizə müsabiqədə uğulu nəticə arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi