Məktəbimizdə “Açıq qapı “ günü keçirildi

06-02-2015-ci il tarixdə məktəbimizdə “Açıq qapı “günü keçirildi.Valideynlərin aktivliyi ilə keçən “Açıq qapı”da fənn müəllimləri ,sinif rəhbərləri və məktəb rəhbərliyi iştirak etdi.Valideynlər qiymət cədvəlində I yarımilin nəticələri və şagird portfolioları ilə tanış oldular. Məktəb rəhbərliyi siniflər üzrə bütün valideynlərlə görüşərək açıq və səmərəli diskussiyaya şərait yaratdı.Valideynlərə şagirdlərin mənimsəmə keyfiyyətini artırmaq məqsədilə məktəbdə təşkil olunmuş Azərbaycan dili və riyaziyyat fənni uzrə ödınişsiz kurslar haqqında məlumat verildi .I yarımildə əldə olunan uğurlar, tədris prosesində mövcud olan problemlər və onların həlli yolları fənn müəllimləri , sinif rəhbərləri və məktəb rəhbərliyi ilə birgə müzakirə olundu, valideynlərin rəy və təklifləri dinlənildı, pedaqoji şuranın iclasında müzakirəsi nəzərə alındı. Əlaçı şagirdlərin valideynlərinə təşəkkür məktubu və şagirlərə isə təqdirnamə təqdim olundu. Ümidvarıq ki ,əlaçı şagirdlərimiz aldıqları təqdirnamənin və valideynlərinə ünvanlanmış məktubun sevincini ən maraqlı hekayə şəklində yazıb məktəb icmasının elan etdiyi “Mənim ailə həyatı hekayəmdən” müsabiqəsinin iştirakçıları ilə bölüşəcəklər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi