İnsan öz sağlamlığının yaradıcısıdır!

        1dekabr ümumdünya QiÇS-lə mübarizə günüdür. Bu günün qeyd olunmasında asas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir. Bu məqsədlə məktəbdə şagirdlər arasında maarifləndirmə tədbirləri keçirdi. Məktəbin foyesində şagirdlər narkomaniya, alkoqollu içkilər və bu kimi həyat üçün təhlükəli olan vərdişlər haqda öz düşüncə və təxəyyüllərinə uyğun olaraq çəkdikləri rəsmləri sərgilədilər. İdman dərslərində “Sağlam həyat tərzi” devizi altında yarışlar keçirildi.

      Sinif təşkilat saatlarında məktəb həkimi, psixoloq və sinif rəhbərlərinin iştirakı ilə şagirdlərlə maarifləndirici söhbətlər aparıldı. Şagirdlərə yaş qruplarına uyğun olaraq zərərli vərdişlər və infeksion xəstəliklərdən qorunmağın yolları, onların fəsadları haqqında geniş məlumatlar verildi. Sağlamlığı qorumaq üçün erkən yaşlardan sağlam həyat tərzi sürmək, düzgün qidalanmaq, idmanla məşğul olmaq, şəxsi gigiyena normalarına riayət etmək söylənildi.

     Yuxarı sinif şagirdləri ilə ”dəyirmi masa” təşkil olundu. “Dəyirmi masa”da bir daha zərərli vərdişlər haqqında müzakirələr aparıldı, zərərli vərdişlərin bir sıra xəstəliklərə, o cümlədən əsrin bəlası olan SPİD xəstəliyinə yol açdığı vurğulandı. Alkoqol və narkotiklərdən istifadə etməmək, siqaret çəkməmək, düzgün qidalanmaq, yəni düşünülmüş şəkildə sağlamlığın əsl harmoniyasına nail olmaq gərəkliyi slaydlarla nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi