Mir Cəlal Paşayev-110

           Noyabrın 24-də XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı ədib, professor Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinin qeyd edilməsi məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq “Bir gəncin manifesti” əsəri əsasında hazırlanmış tamaşaya baxış keçirildi.

          Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Komisiyanın üzvləri, məktəb rəhbərliyi, valideynlər, şagird və müəllim heyəti iştirak etdilər. İştirakçılar görkəmli yazıçının həyat və yaradıcılığına aid sərgi ilə tanış olduqdan sonra şagirdlərimizin təqdimatında tamaşaya baxdılar.

         Əsərin baş qəhrəmanı Mərdanı, sarsılmaz ana olan Sonanı, ağıllı Baharı, dünyagörmüş Mövlam kişini və başqa bu kimi parlaq surətləri şagirdlər məharətlə canlandırdılar. Tamaşada “İtə ataram, yada satmaram” ifadəsinin yaratdığı qürurverici notlar şagirdlərin ovqatında xüsusi iz buraxdı. Sonda tamaşanın müasir dövrlə əlaqələndirilməsi rəğbətlə qarşılandı.

       Sonda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış edərək, XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də müstəsna və özünəməxsus yer tutuğunu qeyd etdi, tamaşanın hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi