“Ölkəmizi Tanıyaq” tur aksiyasından geri dönən şagirdlərimizin xoş təəssüratları

   “Ölkəmizi Tanıyaq” tur aksiyası məktəblilər arasında çox sevinclə qarşılanır. Bölgələrimizə səfər edən məktəblilər həmin yerlərin tarixini öyrənir, mədəniyyəti, adət-ənənələri, son illərdə aparılan tikinti-quruculuq işləri ilə tanış olurlar. Bu il “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında Binəqədi rayon məktəbliləri içərisində məktəbimizin IX sinif şagirdləri Həsənova Səbinə, Əliyeva Atlas və Azərbaycan dili və ədəbiyyat müəllimi Mehriban Məmmədova da iştirak etdilər. Gəncə-Şəmkir-Göygöl bölgəsinə səfərdən geri dönən şagirdlərimiz öz təəssüratlarını həmyaşıdları və müəllimləri ilə bölüşdülər. Səfər çərçivəsində çəkdirdikləri foto və video görüntülərdən ibarət qısa təqdimat etdilər.

    Təəssüratlarında şagirdlər gəzdikləri məkanları, tarixi yerləri çox bəyəndiklərini və bütün bunların onların xatirələrində əbədi qalacağını vurğuladılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi