Azərbaycan Respublikasının qanunlarını tanıyırıq və hörmət edirik!

      Noyabrın 12-də tarix müəllimi Ü. Həmzəyevanın və hərbi müəllim R. Şamilovun təşkilatçılığı ilə Konstitusiya Gününə həsr olunmuş təqdimat keçirildi. Dövlət himninin səsləndirildikdən sonra şagirdlərə bu günün mahiyyəti, əsasları, prinsipləri, tarixi haqqında məlumatlar verildi. Söylənildi ki, Konstitusiya- dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir, dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsasını təşkil edir.

     Şagirdlər Konstitusiyamızın keçdiyi tarixi yolu  hazırladıqları təqdimatlarla  təqdim etdilər.

     Sonra hərbi müəllimin təlimatı ilə şərti olaraq prezident andiçməsi keçirildi, işğal olunmuş 11 rayonumuzun adından səsvermə təşkil olundu, şagirdlərimiz öz hüquqlarından istifadə edərək səslərini seçici qutusuna saldılar.

Əsgər andı içən şagirdlərin simasında   elmli olub vətənə layiqli vətəndaş olmaq, əsgər olub vətənin müdafıəsində dayanmaq, dövlətimizin ali qanunlarını hörmətlə yanaşmaq,əməl etmək hissləri əks olunmuşdu.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi