Bir kərə yüksələn bayraq, bir daha enməz!

       Məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə 9 noyabr-Dovlət Bayrağı günü münasibətilə bir sıra tədbirlər həyata keçirildi. Şagirdlər böyük sevgi hissi ilə dövlət atributlarına aid fotostendlər hazırladılar, texnologiya və təsviri incəsənət dərslərində hazırladıqları rəngarəng kreativ əl işlərini, çəkdikləri rəsmləri məktəbin foyesində sərgilədilər .

      Sinif təşkilat saatlarında şagirdlərə əlamətdar günlə bağlı geniş məlumatlar verildi. Şagirdlər qürur mənbəyimiz, and yerimiz olan üçrəngli bayrağımız haqqında təqdimatlar etdilər, şeirlər söylədilər,videoçarxlar izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi