“Açıq qapı” günü

       Noyabrın 3-də valideynlər üçün “Açıq qapı” günü keçirildi. Valideynlərin aktivliyi ilə keçən “Açıq qapı”da fənn müəllimləri, sinif rəhbərləri və məktəb rəhbərliyi iştirak etdi. İclasda şagirdin təhsildə uğur qazanması üçün lazım olan bütün məqamlar müzakirə edildi, tədris prosesində mövcud olan problemlər və onların həlli yollarından söhbətlər açıldı. Valideynlər fənn müəllimlərindən övladlarının tədris nailiyyətləri haqqında ətraflı məlumat aldılar.

      İclasda həmçinin tədrisin keyfiyyətinin yüksəldilməsi baxımından həlli vacib olan aktual problemləri vaxtında aşkarlamaq, onların həlli yollarını müəyyənləşdirmək və gələcək fəaliyyət üçün nəzərə almaq məqsədilə hazırlanmış anonim sorğu valideynlər tərəfindən cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi