Sinif nümayəndələri ilə görüş

       Oktyabrın 31-də təhsil göstəriciləri ilə yanaşı, liderlik xüsusiyyətləri də nəzərə alınmaqla sinif iclaslarında şagirdlərin açıq səsverməsi və razılığı əsasında seçilmiş sinif nümayəndələri ilə məktəb rəhbərliyinin görüşü keçirildi. Görüşdə məktəbin direktoru A.Bayramova sinifdə şəxsiyyətlərarası münasibətlərin və bu münasibətlərin məqsədyönlü formalaşmasında, idarə olunmasında sinif nümayəndələrinin üzərinə düşən vəzifələrdən danışdı, məktəb rəhbərliyi ilə sıx əlaqəli işləmələrinin vacibliyini vurğuladı, onların vasitəsi ilə siniflərdəki problemlərin vaxtında aşkarlanması və elə şagirdlərin köməyi ilə problemləri həll olunmasını önə çəkdi. Söylədi ki, sinif nümayəndəsi şagirdlərin müntəzəm davamiyyətinə, növbətçiliyinə və təmizlik işlərinə nəzarət etməli, sinifdaxili təlim-tərbiyə işlərinin təşkilində sinif rəhbərinə yaxından köməklik göstərməlidir.

Görüşdə çıxış edən direktor müavinləri məktəbdaxili nizam-intizam qaydalarının hər bir şagird tərəfindən yerinə yetirilməsinə ciddi nəzarət etməyi sinif nümayəndələrinə tövsiyə etdilər. Məktəbdə idarəetmə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində sinif kollektivi ilə razılaşdırılmış təkliflərini, işgüzar, yaradıcı, tənqidi fikirlərini ümumiləşdirərək məktəb rəhbərliyinə çatdırmalarını söylədilər.

      Sonra sinif nümayəndələri rəhbərlik etdikləri sinif haqqında ətraflı məlumat verdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi