“Dayanıqlı inkişaf üzrə qlobal məqsədlər”in hədəfləri şagirdlərin təqdimatında

         Oktyabrın 30-da VII sinif şagirdlərinin iştirakı ilə “Dayanıqlı inkişaf üzrə qlobal məqsədlər” layihəsi çərçivəsində təqdimat keçirildi. İlk öncə biologiya müəllimi V. Məmmədova layihə haqqında ətraflı məlumat verdi. Vurğuladı ki, Respublikamız Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin 25-27 Sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmuşdur. Bildirdi ki, bu layihə iqlim dəyişikliyi, iqtisadi bərabərsizlik, yenilik, davamlı istehlak, sülh və ədaləti əhatə edən 17 hədəfdən ibarətdir. Sonra insanların sağlamlığının qorunması və ətraf mühitin yaxşılaşdırılması üzrə hədəflər şagirdlər tərəfindən müzakirə olundu, bir birindən maraqlı təkliflər irəli sürüldü. Qrup şəklində şagirdlər fikirlərini ümumiləşdirərək təqdimatlarlar etdilər. Təqdimatlarda bir daha vurğulandı ki, Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində təkcə hökumətlərin deyil, hər bir vətəndaşın dəstəyinə ehtiyac var.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi