27 ilin zəfər salnaməsi

     Oktyabrın 17-də “18 Oktyabr Dövlət Müstəqillik günü” nə həsr edilmiş “27 ilin zəfər salnaməsi” mövzusunda "dəyirmi masa" keçirildi. "Dəyirmi masa"da Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tarix müəllimi Nadir İmamverdiyev o dövrün tarixi-siyasi şəraitinə nəzər saldı, xalqımızın milli istiqlal uğrunda apardığı mübarizələrdən danışdı və XX yüzilliyin xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qaldığını bildirdi. Qeyd olundu ki, “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edildiyi 1991-ci ilin 18 Oktyabr günü xalqımızın tarixinə şərəfli və əlamətdar səhifə kimi yazılıb. Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, o cümlədən Azərbaycanın gündən-günə daha da gücləndiyi, qüdrətləndiyi şagirdlərin bir daha diqqətinə çatdırıldı. Daha sonra şagirdlər müstəqillik mövzusunda məruzələr etdilər.

Tədbirin sonunda məktəbin direktoru Almaz Bayramova bu günün xalqımız və dövlətimiz üçün vacibliyindən söhbət açdı, müdrik Prezidentimizin ətrafında daha sıx birləşərək müstəqilliyimizin daimi və əbədi olması yolunda əzmlə çalışmağı gənc nəslə tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi