9-cu sinif valideynləri ilə görüş

              Oktyabrın 13-də məktəb rəhbərliyinin, fənn müəllimlərinin və sinif rəhbərlərinin 9-cu sinif valideynləri ilə görüşü keçirildi. Görüşdə məktəbin direktoru A. Bayramova 2018-2019-cu tədris ilində məktəbin perspektiv fəaliyyət istiqamətləri, ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramlarına dair təhsilalanların biliyinin yekun qiymətləndirilməsi qaydaları, buraxılış imtahanının I və II mərhələsində şagirdlərə təqdim olunan sualların həcmi və məzmunu barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, IX siniflər üzrə buraxılış imtahanları DİM tərəfindən mərkəzləşdirilmiş qaydada ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün rus dili), riyaziyyat və ingilis dili olmaqla iki mərhələdə aparılacaq.

           Sonda valideynləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi