12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində

                  Oktyabrın 12-də X-XI sinif şagirdləri məktəb rəhbərliyi ilə birgə Bakı Ekspo Mərkəzində keçirilən 12-ci Azərbaycan Beynəlxalq Təhsil “Education 2018” sərgisində iştirak etdilər. “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərgidə ziyarətçilərə bakalavr, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunurdu. Şagirdlərimiz sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə şəxsən ünsiyyət quraraq qəbul prosesində ilk addımlar, qəbula ən yaxşı şəkildə hazırlaşmaq, sənəd qəbulunun müddətləri, təhsil haqqı və s. məsələlər barədə onları maraqlandıran suallara cavab tapdılar, eləcə də ali təhsil müəssisələrinin reytinq və ixtisasları haqqında ətraflı məlumat əldə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi