Birincilər, bir incilər

       I sinif şagirdlərinin psixoloji hazırlıq səviyyəsinin öyrənilməsi, məktəb mühitinə adaptasiyası, intelektual və sensamotor qabiliyyətlərinin öyrənilməsi məqsədilə praktik psixoloq S.İsmayılova tərəfindən "İşarələri yerləşdir" testi, məktəbə olan marağını, motivasiyasını öyrənmək üçün isə “Məktəbdə mənim nədən xoşum gəlir?” mövzusunda rəsm işi işlənildi. Şagirdlər böyük həvəslə verilən tapşırıqları yerinə yetirdilər. Sonra yeni mühitin şagirdlərdə yaratdığı həyəcanı aradan qaldırmaq, özünü qiymətləndirməni yüksəltmək məqsədi ilə relaksasiya oyunları keçirildi. “Dovşanlar və fillər” və “ Gəmi və külək” kollektiv oyunlarında şagirlərin yoldaşları ilə ünsiyyəti onlarda xoş təəssürat yaratdı.

         Psixodiaqnostik testlərin interpritasiyası praktik psixoloq və sinif müəllimı ilə birgə aparıldı, inkişafetdirici meyarlar müəyyənləşdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi