Azərbaycan istedadlar, istedadlı idmançılar ölkəsidir- II sinif şagirdimiz Həsənzadə Nərmin də istedadlı şahmatçıdır.

2006-cı ildə Bakıda doğulan Nərminin şahmat sevgisinə həsəd aparmaq olardı . Cəmi 3 yaşı olanda bu qızcığaz televizorda gedən şahmat yarışlarından gözünü çəkmirdi. Bu məqam onun valideyinlərinin diqqətini cəlb edir və onu bu idman növündə gücünü sınamasına qərar verirlər. Vaxt göstərir ki, valideyinlər seçimində yanılmayıb. Artıq 5 yaşında Nərmin öz ilk yarışında şahmat taxta arxasında yerini alır.2012-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “Dünya Azərbaycanlılarınin Həmrəylik günü”nə həsr olunmuş şahmat turnirində (C qrupunda) II yer tutanda Nərminin cəmi 6 yaşı vardı. O, qısa zamanda öz yaşıdları arasında seçilməyi, aparıcı şahmatçılardan biri kimi özünü tanıtmağı bacarır.2013-cü il Respublika Şahmat Mərkəzində Şahmat üzrə “Bakı Winter-2013” Beynəlxalq uşaq turnirində 7 yaşlı şahmatçımız uğurla mübarizə apararaq II yer tutur və fəxri fərmanla təltif olunur. Oyun tərzi olaraq riski sevən Nərmin həmin il Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Novruz “ bayramı münasibəti ilə təsnifat turnirində kiçik yaş qrupunda öz yaşıdları arasında I yerə layiq görülür. Uğurlu nəticələr yenə də davam edir. Nərminin keçirdiyi yarışlarda “ya qələbə, ya heç nə” prinsipinə üstünlük verməsi 9 yaşlı şahmatçımızı 2015-ci ildə ardıcıl qələbələrə aparır. Bakı şəhəri 1№ li Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Dama İdman Məktəbi tərəfindən keçirilən yarışlarda III dərəcə uğrunda birinci, II dərəcə uğrunda üçüncü yeri tutduğu üçün diplomlar, kubok və medallarla təltif olunur. Nərminin uğurları bacısı Şəfiqədə də şahmata həvəs yaradır.Nərminlə maraqlı və gərgin anlarla dolu oyunlarda təcrübə qazanan, uğurlu gedişləri öyrənən Şəfiqə Bakı şəhəri 1№ li Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Dama İdman Məktəbi tərəfindən keçirilən yarışlarda IV dərəcə uğrunda ikinci yerlə təltif olunur.Şahmata çox vaxt ayırması Nərminə dərslərini oxumaqda mane olmur. Dərslərinə xüsusi diqqət göstərir,çünki heç kimdən geri qalmağı sevmir. Yaxşı qiymətləri ilə, məktəbdaxili keçirilən bilik yarışlarında qazandığı diplomlarla valideynlərini daim sevindirir.Əzmkar, inadkar, mübariz, döyüşkən…. Bu sözlər 9 yaşlı qız üçün deyilir. Bu yaşda uğurlar qazanan, fiqurlara yuxarıdan-aşağı baxıb növbəti gedişini yox, qələbə strategiyasını düşünən gənc şahmatçını hələ böyük yarışlar gözləyir. O, balaca, eyni zamanda böyükdür, İddiaçıdır. O, diqqətli, eyni zamanda simasından təbəssümü əskik olmayan biridir. O döyüşkən, eyni zamanda zərif biridir.O, bacısı Şəfiqəyə örnəkdir, şahmat taxtasında uğurlu gedişləri göstərən əsl dostdu.Əsl Azərbaycan qızı kimi...
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi