21 Sentyabr - Beynəlxalq Sülh günüdür

      “Sülh aylığı” çərçivəsində məktəbimizdə rəngarəng tədbirlər keçirildi. Şagirdlər arasında “Sülhə gəlin ey insanlar!” mövzusunda inşa yazı müsabiqəsi keçirildi. Sinif təşkilat saatlarında “Xalqımız tarixən sülhsevər xalqdır!” mövzusunda söhbətlər aparıldı. Vurğulandı ki, sülh - bəşər övladının rahat yaşaması, qayğısız uşaq qəhqəhəsidir, ağsaçlıların gözlərinin məmnun baxışıdır, rahat nəfəsidir. Amma ən sülhsevər xalqlardan biri, dünyanın ən tolerant ölkəsinin vətəndaşları olsaq da, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz vətənimizdən minlərlə həmvətənlərimiz didərgin düşüblər, uzun illər ərzində qurduqları ev-eşiklərindən məhrum olublar. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atsa da, təcavüzkar Ermənistan tamamilə bunun əksini etməkdədir.

          “Sülh aylığı” çərçivəsində keçirilmiş tədbirin yekununda məktəbin həyətində “Biz sülh istəyirik!” adlı tədbir keçirildi. Tədbirdə  şagirdlər öz sülhlə bağlı arzularını söylədikləri şeirlərlə, oxuduqları mahnılarla ifadə etdilər. Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması arzusu şagirdlərimizin ifadəli nitqində öz əksini tapdı.

         Yaradıcı və bacarıqlı əllər sahibi olan şagirdlər kağızdan düzəltdikləri sülh simvolu olan ağ göyərçinləri nümayiş etdirdilər, rəngli təbaşirlə asfalt üzərində rəsmlər çəkdilər, səmaya göyərçin və mavi şarlar uçurdular.

     

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi