Evdə təhsilə cəlb olunmuş şagirdlərin müəllimləri ilə görüş

        Məktəbə getmək, elm və bacarıq öyrənmək sevincini yaşayan uşaqlarla yanaşı sağlamlıq imkanlarının məhdudluğu səbəbindən bu sevinci yaşamaqdan məhrum olan uşaqlar da var. Bu uşaqlar orta təhsillərini məktəbdə deyil, ev şəraitində davam etdirmək məcburiyyətindədirlər. Evdə təhsilə cəlb olunmuş şagirdlərə dərslər tədris planına uyğun olaraq ixtisas müəllimləri tərəfindən tədris olunur. Sağlamlıq imkanları məhdud olan uşaqların hərtərəfli inkişafı və tərbiyəsi, məktəbə hazırlığı və onların cəmiyyətə uyğunlaşması istiqamətində uğurlu nəticə əldə etmək məqsədi ilə məktəb rəhbərliyinin fənn müəllimləri ilə görüşü keçirildi. Görüşdə  şagirdlərin təhsili, dərsliklərlə təmin olunma vəziyyəti, müəllimlərin təqvim-tematik planları, dərs metodikaları, valideynlərlə razılaşdırılmış dərs cədvəlləri müzakirə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi