İlk dərslər vətənpərvərlik mövzularına həsr olundu

         17.09.2018-ci tarixdə 2018-2019-cu tədris ilinin ilk dərs günü pedaqoji və şagird heyəti tərəfindən Azərbaycan Dövlət himninin ifası ilə başladı.

Yeni tədris ilində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri-müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olundu.

       Dərs zamanı ibtidai siniflərdə müəllimlər şagirdlərə vətənpərvərlik, milli-mənəvi dəyərlər, müstəqilliyimizin simvolu olan Azərbaycan Respublikasının üç rəngli bayrağı, gerbi və himni barədə ətraflı məlumat verdilər. Yuxarı sinif şagirdlərinə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən söhbət açıldı. Qeyd edildi ki, milli dövlətçilik ənənələrimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə yenidən bərpa edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi