“Bilik günü” qeyd olundu

         Bu gün məktəbimizdə “Bilik günü” qeyd olundu. Tədbirdə Təlimə Dəstək Mərkəzinin əməkdaşı N. Bektaşi, Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmisi O. Əhmədov iştirak etdilər.

         Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə məktəbin direktoru A. Bayramova çıxış edərək yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən, təhsil sahəsində aparılan islahatlardan söz açdı, məzunlarımızın qəbul imtahanlarındakı uğurlarından bəhs etdi.

     “Bilik günü”ndə iştirak edən qonaqlar yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik etdilər, onlara uğurlar arzuladılar.

Sonra şagirdlərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı təqdim edildi.

     Tədbirdən sonra birincilər müəllimləri ilə görüşüb, sinif otaqları ilə tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi