Pedaqoji şura iclası keçirildi

       13.09.2018-ci il tarixdə  2018-2019-cu tədris ilinin Pedaqoji şura iclası keçirildi. “Bilik günü” münasibətilə pedaqoji işçilərə təbrikini çatdıran məktəbin direktoru A.Bayramova gündəlik məsələlərə toxunaraq son ötən dərs ilində görülmüş işlər və əldə olunan nailiyyətləri pedaqoji şura üzvlərinin nəzərinə çatdırdı. IX sinif buraxılış imtahanlarında şagirdlərin qazandıqları uğuru, ali məktəbə qəbul imtahanlarında məzunların 78%-nin tələbə adına layiq görülməsini və 4 nəfər məzunumuzun isə 600-dən artıq bal toplamasını kollektiv alqışlarla qarşıladı. Məktəbin direktoru A.Bayramova 2018 -2019-cu tədris ilinin də “Tədrisdə keyfiyyət ili” elan olunması, ilk dərs gününün ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri-müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti - dövlətçiliyimizin bayraqdarı” mövzusuna həsr olunması haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmr və göstərişləri barədə məlumat verdi, təhsil işçilərinin sentyabr konfransında ümumtəhsil məktəblərin qarşısına qoyulan məsələləri pedaqoji kollektivin nəzərinə çatdırdı.

      Pedaqoji şurada direktor müavinləri çıxış edərək yay tapşırıqlarının yerinə yetirilməsi, dərs bölgüsü, dərs cədvəli haqqında məlumat verdilər.

      Məktəbə MİQ vasitəsilə qəbul olunmuş gənc müəllimlər Pedaqoji şura üzvləri qarşısında "Müəllim andı" içdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi