600 baldan yuxarı nəticə göstərən məzunlarımızla görüş

        11.09.2018-ci il tarixdə məktəb rəhbərliyinin DİM-in ali məktəblərə qəbul imtahanında 600-dən yuxarı bal toplamış məzunlarla görüşü keçirildi. İmtahan nəticələrinə görə 4 nəfər şagird – Namazova Röya, Məmmədzadə Mahiyə, Məhərrəmli Nəzrin, Əliyev Eltun 600-dən yuxarı bal toplamışdılar.

       Görüşdə məktəbin direktoru A. Bayramova məzunları salamlayaraq, onları təhsildə qazandıqları yüksək nəticə münasibətilə təbrik etdi, qarşılarına qoyduqları hədəflərə çatmaq üçün səylə çalışmalarını, harda olmalarından asılı olmayaraq vətəni ləyaqətlə təmsil etmələrini tövsiyə etdi. Çıxış edən hər bir məzun bu uğurun əldə edilməsində böyük zəhməti olan məktəb rəhbərliyinə, müəllimlərinə hörmət və ehtiramlarını ifadə etdilər.

      Görüşün sonunda xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi