Milli qəhrəmanlarımız and yerimizdir

20 yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbirlər planının əsasən məktəbimizdə keçirilən silsilə ümumməktəb tədbirlərinə müəllim , şagird və valideyin icması cəlb olunmuşdur. Vətənə məhəbbət, hərbi vətənpərvərlik, doğma torpağa bağlılıq, xüsusilə qan yaddaşımızın unudulmaması üçün “ Milli qəhrəmanlarımız and yerimizdir”mövzusunda həftə ərzində bədii qiraət gecələri, viktorina keçirildi, inşa-yazı, rəsm müsabiqələri və idman tədbirləri , Şəhidlər xiyabanına ziyarət təşkil olundu.Şagirlər mövzu ilə bağlı fikirlərini esse şəklində yazaraq kompyuterdə bukletlər hazırladılar. 19.01.2015-ci il tarixdə məktəbdə bütün siniflərdə ilk dərslər faciə ilə bağlı söhbətlərə həsr olundu. 20 yanvar şəhidlərini xatirəsini yad edildi, şanlı tarix uşaqlara bir daha xatırladıldı.Şagirdlər gecədə 1990 cı ildə şənbə günü dinc əhalinin başına gətirilmiş hadisələrdən, gözü yaşlı analardan , yetim qalmış balalardan, gəlinlərdən, azadlıq üçün öz canlarını verən neçə neçə igidlərdən söhbət açdılar, hazırladıqları slaydları təqdim etdilər.Şagirdlər məktəb foyesində ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsini ehtiramla yad edərək qərənfillərdən kompozisiya hazırladılar, ən yaxşı əl işlərini sərgilədilər. Sonra məktəbin akt zalında 7-ci sinif şagirdlərinin təqdimatında “Heç kim unudulmur və heç kim yaddan çıxmır” adlı ədəbi-bədii kompozisiya keçirildi. Məktəbin müəllim , şagird və valideyin icmasının iştirak etdiyi tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Şagirdlərin ifasında öz şərəfli ölümləri ilə tarix yazmış qəhrəman vətən övladlarına həsr edilmiş şerlər səsləndirildi və Qanlı Yanvar faciəsinin dəhşətlərini əks etdirən ədəbi - bədii kompozisiyalar nümayiş etdirildi .Tədbirdə məktəbimizin kimya müəllimi , 20 Yanvar şəhidi İlham Allahverdiyevin bacısı Gülbəniz Allahverdiyeva o müdhiş gecənin ailələrində yaşatdığı faciədən danışdı,qardaşının qısa, lakin şərəfli ömür yolunun gənclərə hər zaman nümunə olacağını əminliklə qeyd etdi. Sonda məktəbin direktoru A.F.Bayramova 26 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalmasının bu günkü gəncliyə əsl örnək oldugunu söylədi , zaman-zaman başımıza gətirilən faciələri unutmamağı, düşmənə qarşı mübariz olmağı tövsiyyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi